MKT İstehsalat Kommersiya (MKT Cotton)

Biznes proseslərinin idarə olunması üzrə mütəxəssis

Bakı, Azərbaycan

27.03.23


Qeyd

  • Şirkətin fəaliyyəti ilə bağlı biznes proseslərlə bağlı məlumatların əldə edilməsi üçün müvafiq struktur bölmələr və digər maraqlı tərəflərlə müsahibələrin keçirmək və proseslər üzərində müşahidə və xronometraj aparmaq;
  • Biznes prosesləri analiz edərək mövcud problemlər və riskləri, təkmilləşdirmə imkanlarını müəyyən etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək;
  • Biznes proseslərin mövcud (as-is) və arzu olunan (to-be) vəziyyətini sənədləşdirmək üçün proses xəritələri (axış diaqramları), məsuliyyət bölgüsü (RACI) matrisləri və digər zəruri sənədləri hazırlamaq;
  • Biznes proseslərin monitorinqini həyata keçirmək, mövcud problemlər və onların səbəblərini müəyyən etmək, korrektiv tədbirləri müəyyən etmək və həyata keçirmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin – siyasət, qayda və təlimatların müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasını təşkil etmək;
  • Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək, müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparmaq;
  • Təsdiq edilmiş normativ-tənzimləyici sənədlərin müvafiq hədəf kütləyə (əlaqədar struktur bölmələr və digər maraqlı tərəflər) çatdırılmasını təmin etmək;
  • Şirkətin fəaliyyətinin rəqəmsallaşdırılması və biznes proseslərin avtomatlaşdırılması üçün proqram təminatlarının hazırlanması və təkmilləşdirilməsi üçün müvafiq struktur bölmələrin iştirakı ilə funksional tələblərin müəyyən edilməsi, texniki tapşırıqların hazırlanması və texniki tapşırıqla bağlı müvafiq təsdiqlərin alınması;
  • Maraqlı tərəflərlə razılaşdırılmış texniki tapşırıq əsasında proqram təminatının daxili proqramlaşdırma qrupu və ya kənar təchizatçı tərəfindən hazırlanması ilə bağlı işlərin izlənilməsi, işin icrası zamanı ortaya çıxan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsini təşkil etmək;
  • Təqdim olunmuş texniki tapşırıq əsasında hazırlanmış proqram təminatlarının son istifadəçi struktur bölmələrin iştirakı ilə test edilməsi, testlər nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılması və proqram təminatının tətbiqini təşkil etmək.


 

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Biznes proseslərinin idarə olunması üzrə mütəxəssis- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 30.03.23

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar Elanlar